Xorvatiya millisinin hücumçusu Mario Mandjukiç maraqlı jesti ilə diqqət çəkib. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli forvard doğma şəhərində DÇ-2018-in 1/4 final mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Rusiya (2:2; pen-4:3) matçını birgə izləyən azarkeşlərin içdikləri pivələrin pulunu ödəyib.
Belə ki, Mandjukiç Slavonski-Brod şəhərindəki barların birində fanatların içdikləri pivələrə görə 4 min avro xərcə düşüb. Qeyd edək ki, bu, xorvat forvardın ilk diqqətçəkən jesti deyil. Daha əvvəl də o, Xorvatiyadakı yanğından mühafizə idarəsinin əməkdaşları üçün 20 min avro xərcləmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB