Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinə İsveç və İngiltərə milliləri qarşılaşıblar. “Samara Arena”da keçirilən görüşdə qalib gələn İngiltərə yığması yarımfinal mərhələsinə vəsiqə qazanıb. Hollandiyalı Byörn Kuypersın idarə etdiyi matç sürətli hücumlarla başlayıb. İngilislər oyunun birinci hissəsinin sonuna yaxın hesabı açıblar. Eşli Yanqın künc zərbəsindən hava ötürməsini başla dəqiq tamamlayan Hari Maquayer adını tabloya yazdırıb – 1:0.
İlk hissə İngiltərə millisinin 1:0 hesabı ilə üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra təzyiqi daha da artıran “dumanlı albion” təmsilçisi matçın 59-cu dəqiqəsində rəqibi ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Cesi Linqardın hava ötürməsini Deli Alli dəqiq baş zərbəsi ilə tamamlayıb - 2:0. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.
Beləliklə, İngiltərə millisi dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qaret Sautqeytın yetirmələri növbəti mərhələdə Rusiya-Xorvatiya oyununun qalibi ilə qarşılaşacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB