Emil Mpenza: "Biz komanda olaraq yalnız bir hədəfə köklənmişik"

Emil Mpenza: "Biz komanda olaraq yalnız bir hədəfə köklənmişik"

"Neftçi" PFK-nın belçikalı hücumçusu Emil Mpenza "Qəbələ" ilə oyunda hakimin səhvlərindən şikayətlənir. SİA-nın məlumatına görə, o, klubun rəsmi saytına verdiyi açıqlamada hakimin səhvləri ucbatından komandasının xal itirdiyini vurğulayıb: "Əsasən də görüşün sonlarına yaxın Bahodirin epizodunda penalti göstərməməsi komandamıza xal itkisi ilə başa gəldi. Nasimov kimi fiziki gücə malik futbolçuya toxunan olmasaydı, o topu tora qovuşduracaqdı. Rəqibin müdafiəçisi onun qarşısını almaq üçün kobudluğa əl atdı. Məhz buna görə mən düşünürəm ki, həmin an matçın hakimi penalti nöqtəsini göstərməli idi. Növbəti oyunumuz "Qarabağ"ladır, rəqibin bütün zəif və üstün cəhətlərini bilirik. Bu oyunda yeganə məqsədimiz 3 xal qazanmaqdır. Biz Premyer Liqanın lideriyik, hədəfimiz çempionatın sonuna qədər bu liderliyi davam etdirib, çempion olmaqdır. Komanda olaraq bu hədəfə köklənmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə