"Atletiko"nun kapitanı Qabi Fernandes karyerasını "Əl-Sədd" klubunda davam etdirəcək. Xarici KİV-lərin yaydığı xəbərə görə, bu barədə Qətər klubunun rəsmi "Twitter" səhifəsi məlumat paylaşıb. 35 yaşlı futbolçunun bu gün sözügedən ölkəyə gedərək tibbi müayinədən keçəcəyi bildirilib. Onun yeni komandası ilə 3 illik müqavilə bağlayacağı və ümumilikdə 19 milyon avro qazanacağı söylənilir. Qeyd edək ki, Qabi "Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi Ernandesin komanda yoldaşı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB