Fransanın “Kan” klubuna yeni baş məşqçisi müəyyənləşib. Klubun saytında yer alan xəbərə görə, komandanı Fabyen Merkadal çalışdıracaq. Merkadal yeni klubu ilə 3 illik müqavilə imzalayıb. 46 yaşlı fransız mütəxəssis buna qədər Liqa 2-də mübarizə aparan “Paris” klubunun baş məşqçisi olub. Qeyd edək ki, “Kan” Fransa Liqasının son mövsümündə 20 iştirakçı arasında 16-cı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB