"Liverpul"un qapıçısı Loris Kariusun Çempionlar Liqasının finalında "Real"la matçda beyni silkələnib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, 24 yaşlı qolkiper tibbi müayinədən keçən zaman aşkarlanıb. İkinci hissənin əvvəlində "Real"ın müdafiəçisi Serxio Ramosun Kariusun başına dirsəklə endirdiyi zərbədən sonra beyninin silkələndiyi güman edilir. Məhz bu səbəbdən alman qapıçının Madrid klubu ilə matçda 2 kobud səhvə yol verdiyi ehtimal olunur. Kariusu tibbi müayinədən keçirən həkim Zafonte də məlumatı təsdiqləyib. O deyib ki, beyin silkələndiyi zaman oyunçular bəsit səhvlərə yol verə bilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB