Tərlan Əhmədov: "Komandamız çox gözəl mübarizə apardı"

Tərlan Əhmədov: "Komandamız çox gözəl mübarizə apardı"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 24-cü turun "Qəbələ” ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib. SİA baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Hər iki komandanın ifasında maraqlı oyunun şahidi olduq. Düzdür, son yarım saat ərzində həyəcan keçirdik, amma ümumilikdə komandamız çox gözəl mübarizə apardı. Bacardığımız qədər səhvsiz oyun nümayiş etdirdik. Qalib gəldik. Bunun üçün futbolçulara və bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Turnir cədvəlindəki mövqeyimizi bir az da yaxşılaşdırdıq. Qarşıdakı oyunlara da tam motivasiya olub, fürsəti əldən verməməyə çalışacağıq”.

Qeyd edək ki, "Neftçi" Topaz Premyer Liqasının 24-cü turunda "Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna 4-cü dəqiqədə Ruslan Abışov imza atıb. 62-ci dəqiqədə Emin Mahmudov ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığı üçün komanda oyunun qalan hissəsini azlıqda mübarizə aparıb.

Bu qələbədən sonra 37 xal toplayan "Neftçi” turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə