Azərbaycan samboçuları dünya çempionatından 5 medalla qayıtdılar

Azərbaycan samboçuları dünya çempionatından 5 medalla qayıtdılar
İki saat öncə sambo üzrə Azərbaycan yığma komandası vətənə qayıdıb. Milli komandamız Daşkənddə keçirilən dünya çempionatında uğurlu çıxış edib. Bu sözləri SİA-ya açıqlamasında  milli komandanın baş məşqçisi Mübariz İbrahimov deyib. O, dünya çempionatında Azərbaycanı 7 idmançının təmsil etdiyini qeyd edib. Baş məşqçinin sözlərinə görə,  7 idmançımızdan 5-i yarışda medal qazanmağa nail olub. Onun sözlərinə görə, yarışda Elçin Mayılov (52 kq) qızıl, İslam Qasımov (57 kq) gümüş, Elnur Əhmədov (62 kq), Elməddin Əhmədov (8 kq), Bəxtiyar Abbasov isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, yarışda 44 ölkənin idmançıları mübarizə aprarırdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə