Aliyə Qarayeva İtaliyanın klub çempionatında ən yaxşı olub

Aliyə Qarayeva İtaliyanın klub çempionatında ən yaxşı olub

İtaliyanın Aretso şəhərində bədii gimnastika üzrə İtaliya klub çempionatının ikinci turu keçirilib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanı yarışlarda aparıcı gimnastlar Aliyə Qarayeva və Anna Qurbanova təmsil ediblər.

Aliyə Qarayeva A2 seriyasında yarışan "Ritmika" komandasının tərkibində çıxış edir. Aretsoda Aliyə halqa (26.475 xal) və lentlə (27.1) çıxış edib. Bununla yanaşı, lentlə nümayiş etdirdiyi kompozisiyaya görə ona yarış iştirakçıları arasında ən yüksək bal verilib. Aliyənin klubu 141.125 xalla üçüncü yeri tutub.

Anna Qurbanova "Komense" klubunun şərəfini qoruyaraq A1 seriyasında yarışır. O, halqa ilə çıxış edərək 27.125 xal toplayıb ki, bu da ikinci nəticə olub. Ən yaxşı nəticəni "Armoniya" klubundan rusiyalı Darya Kondakova göstərib. Qurbanovanın komandası 135.6 xal toplayıb və hələ ki, doqquzuncu yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə