“Zirə” azarkeşləri: Rədd ol, get, Ayxan!

“Zirə” azarkeşləri: Rədd ol, get, Ayxan!

Topaz Premyer Liqasının XXIII turunda “Neftçi” ilə qarşılaşan “Zirə” oyunu baş məşqçisiz bitirib. Apasort.az saytının məlumatına görə, qarşılaşmanın sonlarında yerli azarkeşlərin Ayxan Abbasovu istefaya səsləməsi ikinci sərt reaksiyası ilə nəticələnib.

Ehtiyat oyunçular skamyasındakı su qablarını təpikləyən Abbasovun hərəkəti hakimlərin diqqətindən yayınmayıb. Texniki zonadan uzaqlaşdırılaran baş məşqçiyə azarkeşlərin etirazı davam edib. Yerli fanatlar “Rədd ol get, Ayxan!” şüarı səsləndiriblər. Yalnız oyunçuların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Qeyd edək ki, matç “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə