Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona da Çempionlar Liqasının 1/4 finalında keçirilən “Real” – “Yuventus” oyunundakı mübahisəli penalti epizodu haqda danışıb. Veteran hücumçu “Goal.com”a açıqlamasında hakimin yanlış olaraq penalti qərarı verdiyini deyib: “Yox, o epizodda penalti yox idi. Ronaldo Vaskesə ötürmə etdi və bu zaman Benatia Vasekin arxasında, Buffon isə önündə idi. Mən də Vaskesin yerində olsaydım, təmasdan sonra yıxılardım”.
Xatırladaq ki, matçın 90+3-cü dəqiqəsində ingiltərəli hakim Maykl Oliver "Yuventus"un qapısına penalti təyin edib və Ronaldo dəqiq zərbə ilə komandasını yarımfinala yüksəldib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB