AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:
4 aprel 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XXII turunun “Kəpəz” – “Keşlə” matçında “Keşlə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 26-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
5 aprel 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XXII turunun “Şüvəlan” – “Sabah” matçının 66-cı dəqiqəsində “Sabah” klubunun 55 №-li futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
6 aprel 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XXII turunun “Xəzər” – MOİK matçının 90+4-cü dəqiqəsində “Xəzər” klubunun 20 №-li futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
5 aprel 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XXII turunun “Mil-Muğan” – “Qaradağ Lökbatan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
6 aprel 2018-ci il, Region Liqasının “Gənclik” – “Neftçala” matçının 49-cu dəqiqəsində “Neftçala” klubunun 1 №-li futbolçusu Vüsal Dadaşov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 64-cü dəqiqəsində “Neftçala” klubunun 7 №-li futbolçusu Şamil Abdullayev rəqibi təhqir etdiyinə görə, meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
8 aprel 2018-ci il, Region Liqasının, “Ümid Masallı” – “Şağan” matçının 65-ci dəqiqəsində “Ümid Masallı” klubunun 3 №-li futbolçusu Şəhriyar Zərbəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 65-ci dəqiqəsində “Şağan” klubunun 9 №-li futbolçusu Rafiq Salayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
8 aprel 2018-ci il, Region Liqasının, “Şıxlar” - “Tufan” matçının 13-cü dəqiqəsində “Şıxlar” klubunun 10 №-li futbolçusu Emin Şabıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
Oyunun 14-cü dəqiqəsində “Şıxlar” klubunun 4 №-li futbolçusu Mərfət Qəniyev aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır (maddə 38.6).
Oyunun 88-ci dəqiqəsində “Tufan” klubunun 3 №-li futbolçusu Xəzər Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
8 aprel 2018-ci il, Region Liqasının, “Şahdağ” – “Səhliyalı” matçının 38-ci dəqiqəsində “Şahdağ” klubunun 3 №-li futbolçusu Yusif Yusifzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
10 aprel 2018-ci il, Gənclər Liqasında, “Səbail” – “Kəpəz” matçının 57-ci dəqiqəsində “Kəpəz” komandasının məşqçisi İntiqam Səmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
10 aprel 2018-ci il, Gənclər Liqasında, “Neftçi” İK İB – “Neftçi” matçının 75-cu dəqiqəsində “Neftçi” klubunun 7 №-li futbolçusu Seymur Həmidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
4 aprel 2018-ci il, Gənclər Liqasında, “Kəpəz” – “Keşlə” matçının 69-cu dəqiqəsində “Keşlə” klubunun 14 №-li futbolçusu Faiq Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
5 aprel 2018-ci il, U-16 Liqasında, “Vətən” – “Neftçi” İK İB matçının 38-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 4 №-li futbolçusu Ağamalı İmaməliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
Oyunun 80-cı dəqiqəsində “Neftçi” İK İB klubunun 8 №-li futbolçusu Mirvahid Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
5 aprel 2018-ci il, U-16 Liqasında, “Qarabağ” – “Sumqayıt” matçının 80-cı dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Elçin Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
5 aprel 2018-ci il, U-16 Liqasında, “Turan Tovuz” – “Zirə” matçının 80-cı dəqiqəsində “Zirə’” klubunun 7 №-li futbolçusu İlahi Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Matç başa çatdıqdan sonra “Zirə” klubunun 11 №-li oyunçusu Samir Qasımov “Turan Tovuz” klubunun rəsmi şəxsinə qarşı aqressiv davranış göstərdiyinə görə 10 oyun cəzalanır (maddə 38.6).
“Turan Tovuz” klubunun məşqçisi Elxan Abdıyev “Zirə” klubunun futbolçusuna əli ilə zərbə endirdiyinə görə 10 oyun cəzalanır (maddə 38.6).
8 aprel 2018-ci il, U-14 Liqasında, UGİM (Şabran) –İOEUGİM (Sumqayıt) matçının 40-cı dəqiqəsində UGİM klubunun 17 №-li futbolçusu Elnur Abbasov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
8 aprel 2018-ci il, U-14 Liqasında, “Qarabağ” – “Qəbələ” matçının 48-ci dəqiqəsində “Qarabağ” klubunun 5 №-li futbolçusu Vasif Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
7 aprel 2018-ci il, U-14 Liqasında, “Azəri” TİM – “Yasamal Gİİ” matçının 9-cu dəqiqəsində “Yasamal Gİİ” klubunun 1 №-li futbolçusu Murad Əzizov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
“Yasamal Gİİ” klubunun məşqçisi İsmayıl Nəsibov hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.4).
8 aprel 2018-ci il, U-12 Liqasında, “Neftçi” İK İB – “Keşlə” matçının 50-ci dəqiqəsində “Keşlə” klubunun 8 №-li futbolçusu Əlizadə Nahid hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.3).
31 mart 2018-ci il U-13 Qızlar Liqasının İsmayıllı regionu üzrə, "Azəri" TİM – "Gənclik F.T. Gimnaziya" matçında komandalar yaş limitini pozduğuna görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilir(maddə 51).
31 mart 2018-ci il U-13 Qızlar Liqasının İsmayıllı regionu üzrə, "Mil-Muğan" – "Aran" matçında "Mil-Muğan" komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
1 aprel 2018-ci il U-13 Qızlar Liqasının İsmayıllı regionu üzrə, "Natavan" – "Mil-Muğan" matçında "Mil-Muğan" komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
1 aprel 2018-ci il U-16 Qızlar Liqasında, "Vega" – "Fidan" matçında "Vega" komandasanın heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
1 aprel 2018-ci il U-16 Qızlar Liqasında, "Əhmədli Yunayted " – UGİM (Naftalan) matçında UGİM (Naftalan) komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB