Soni Mustivar: "İddialı və çılğın azarkeşləri olan klubda oynamağı sevirəm" - VİDEO

Soni Mustivar: "İddialı və çılğın azarkeşləri olan klubda oynamağı sevirəm" - VİDEO

"Neftçi"nin transferi, dünən komandanın heyətində ilk oyununa çıxan Soni Mustivar "Neftçi” TV-yə açıqlama verib. SİA-nın məlumatına görə, 28 yaşlı haitili yarımmüdafiəçi bunları bildirib: "Azərbaycan çempionatı haqqında məlumatım yox idi. Araşdırıb öyrəndim ki, "Neftçi” böyük tarixə malikdir və ölkənin ən titullu klubudur. Həmin an anladım ki, bəli, bu çox yaxşı və böyük komandadır. Bu klubdan dəvət aldığıma sevindim. İddialı və çılğın azarkeşləri olan klubda oynamağı sevirəm. Şəhər haqqında məlumatım yox idi. Bura gələndə böyük binalar gördüm. Demək olar, hər şey yenidir. Bakının belə gözəl olacağını gözləmirdim. Xüsusilə axşamlar şəhər işıqlandırılanda çox gözəl mənzərə yaranır. Komandamızın bəlli hədəfləri var. Mənə gəlincə, tez bir zamanda hazır olmalı və Avropa Liqasına vəsiqə qazanmağımız üçün əlimdən gələni etməliyəm. "Neftçi”nin ölkə kubokunun yarımfinalında olması mənim üçün çox vacibdir. Kuboku qazanmağımız üçün bacarığımı əsirgəməyəcəyəm. Düşərgədə atmosfer çox yaxşıdır. İlk məşqdə kimin legioner, kimin azərbaycanlı olduğunu ayıra bilmədim. Komandada birlik var və yüksək əhval-ruhiyyə ilə çalışırıq. Bu isə işin ən yaxşı göstəricisidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə