Fransa I Liqasının lideri olan PSJ mövsümün sonunda baş məşqçisi Unai Emeri ilə yollarını ayıracaq. SİA-nın məlumatına görə, Çempionlar Liqasının 1/8 finalında "Real"a uduzaraq mübarizəni dayandıran Paris klubu heyətdə baş məşqçi də daxil olmaqla dəyişikliklər edəcək. İddiaya görə, paytaxt klubu Almaniya millisinin çalışdırıcısı Yoahim Lövü baş məşqçi postuna gətirmək istəyir. Bu təyinat dünya çempionatı başa çatdıqdan sonra gerçəkləşə bilər. Lövlə anlaşma əldə edilməsə, son klubu Dortmund "Borussiya"sı olan Tomas Tuhellə danışıqlar aparılacaq.
Qeyd edək ki, Emeri 2016-cı ildən PSJ-ni çalışdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB