Millimiz Makedoniya yığması ilə heç-heçə etdi

Millimiz Makedoniya yığması ilə heç-heçə etdi

Futbol üzrə milli komandamız bu gün növbəti sınaq matçına çıxıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələrinin budəfəki rəqibi Makedoniya yığması olub. Martın 23-də Bakı Olimpiya Stadionunda Belarus qarşısında minimalhesablı məğlubiyyətə üzülən komandamız Makedoniya ilə Antalyada oynayıb. Millinin “sükanı arxası”nda keçirdiyi ilk iki görüşdə qalibiyyət görməyən Qurbanov bu dəfə də qələbə qazana bilməyib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Yoldaşlıq görüşü

27 mart

Azərbaycan – Makedoniya - 1:1

Qollar: Almeyda, 6 (pen.) - Traykovski, 22 (pen.)

Baş hakim: Halis Özkahya

Köməkçi hakimlər: Kemal Yıldırım, Kerem Ersoy

Dördüncü hakim: Ali Palabıyık (hakimlər briqadası Türkiyədəndi)

Antalya. “Mardan” stadionu

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 9. Namik Ələsgərov, 13. Dmitriy Nazarov, 15. Ruslan Abışov, 19. Amil Yunanov, 20. Riçard Almeyda, 21. Tural Axundov, 24. Ürfan Abbasov

Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 23. Səlahət Ağayev, 6. Rahil Məmmədov, 8. Emin Mahmudov, 10. Ruslan Qurbanov, 16. Rəşad Eyyubov, 17. Rəhman Hacıyev, 18. Coşqun Diniyev, 22. Şəhriyar Rəhimov, 25. Cavid İmamverdiyev, 28. Asif Məmmədov

Baş məşqçi: Qurban Qurbanov

Makedoniya: 1. Stole Dimitrievski, 13. Stefan Ristovski, 4. Kire Ristevski, 6. Visar Muslui, 14. Darko Velkovski, 16. Boban Nikov, 11. Enis Bardhi, 19. Maryan Radeski, 7. İvan Triçkovski, 9. Aleksandr Traykovski, 10. Qoran Pandev (k)

Ehtiyat oyunçular: 12. Deyan İliyev, 2. Kristian Toşevski, 3. Qoko Zaykov, 5. Ariyan Ademi, 8. Ezgyan Alioski, 20. Stefan Spirovski, 23. İliya Nestorovski

Baş məşqçi: İqor Angelovski

Bütün xəbərlər Facebook səhifəmizdə