Useyn Bolt “Borussiya”da hazırlıq keçir

Useyn Bolt “Borussiya”da hazırlıq keçir

Qaçış üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Dortmund “Borussiya”sı ilə məşqlərə başlayıb. SİA-nın məlumatına görə, 31 yaşlı yamaykalı dünən klub bazasında hazırlıq keçib. Bu gün səhər saatlarında Boltun açıq məşqçi keçiriləcək. Həmin hazırlıq prosesi “YouTube” və “Facebook” vasitəsi ilə ingilis dilində şərh olunacaq.

Qeyd edək ki, Boltun “Borussiya”da hazırlıq keçməsi həm klubun, həm də idmançının sponsoru olan “Puma” şirkətinin vasitəsi ilə reallaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə