Milli Gimnastika Arenasında keçirilən idman Gimnastikası üzrə dünya kuboku yarışlarının 2-ci gününə start verilib. SİA-nın məlumatına görə, bu gün idmançılar dayaqlı tullanma, gimnastika tiri, dəstəli at, turnik, və sərbəst hərəkətlər növləri üzrə təsnifat mərhələrində iştirak edirlər.
Yarışlarda bu gün Azərbaycanın kişi gimnastlarından Murad Ağarzayev, Dariy Morozov, Timur Bayramov, qadın gimnastlarından isə Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təsnifat mərhələsində mübarizə aparırlar.
Qeyd edək ki, Bakıda üçüncü dəfə təşkil olunan dünya kuboku yarışlarında 25 ölkədən 102 idmançı mübarizə aparır.
Yarışın finalları martın 17 və 18-də keçiriləcək.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB