“Tottenhem” 1/4 finalda

Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, mərhələnin son oyununda “Tottenhem” aşağı liqa təmsilçisi “Roşdal”ı qəbul edib. Oyun Premyer Liqa təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. 1/4 finala yüksələn London klubu bu mərhələdə “Suonsi” ilə qarşılaşacaq.

Yarımfinal uğrunda digər oyunlarda "Mançester Yunayted" "Brayton"la, "Viqan" "Sauthempton"la, "Lester" isə "Çelsi" ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə