İngiltərə Premyer Liqasında növbəti mövsümdən qış fasiləsi tətbiq olunacaq. SİA-nın məlumatına görə, İngiltərə Futbol Assosasiyası (FA) ölkə kubokunun 5-ci raunduna planlaşdırılan oyunları həftənin ortasında keçirmək qərarına gəlib. Bu isə fevralın əvvəlində 2 həftəlik fasilə yaranmasına səbəb olacaq. Qış tətilinin sonrakı illərdə davam etdirilməsi gözlənilir. Bunun tətbiqi ingilis klublarının Avrokuboklarda, milli komandanın isə beynəlxalq turnirlərdə çıxışına müsbət təsir etməlidir. Düzdür, Premyer Liqa rəhbərliyi fasilənin meydana çıxmasına görə xarici telekaallara təzminat ödəməli olacaq. Amma qurum buna hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB