"Bavariya"nın futbolçusu zədələnib

"Bavariya"nın futbolçusu zədələnib

"Bavariya"nın heyətində ciddi itki baş verib. SİA-nın məlumatına görə, Münhen təmsilçisinin aparıcı üzvlərindən olan Tomas Müller sıradan çıxıb. Təcrübəli futbolçu Almaniya kubokunun 1/4 final mərhələsində "Paderborn"la oyunun (6:0) 32-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

Almaniya millisinin üzvü tibbi müayinədən keçdikdən sonra durumuna aydınlıq gələcək.

Qeyd edək ki, Müller bu mövsüm "Bavariya"nın heyətində 17 Bundesliqa matçında meydana çıxıb və 4 qol vurmağı bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə