Rafael Ağayev Premyer liqa turnirində ikinci yeri tutub - FOTOLAR
Karate üzrə milli komandamızın lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer liqa turnirində ikinci yeri tutub. SİA-nın məlumatına görə, dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.
Yeni qaydalara əsasən medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar. “Kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ölkədən 756 idmançı mübarizə aparıb.
Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir, 16-18 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.
Yanvarın 30-da Bakıya dönəcək Azərbaycan karateçiləri yarışa hazırlıqlarını davam etdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB