“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq-Gənclər Məktəbinin güləşçiləri Bakıda keçirilən açıq birincilikdə 7 medal qazanıblar. Açıq birinciliyə 15 idmançı ilə qatılan baş məşqçi Alı Ağayevin yetirmələrindən Ceyhun İsgəndərli (42 kiloqram) və Bünyad Əsgərov (69 kiloqram) birinci, Tərlan Səlimli (58 kiloqram) ikinci, Memar İbrahimov (38 kiloqram), Surxay Ağayev (58 kiloqram), Sinan Rzayev (59 kiloqram) və Ağacan Qurbanzadə (76 kiloqram) üçüncü yerə sahib olublar.
Hazırda lənkəranlı güləşçilər Müşviq İsayevin xatirəsinə həsr olunan beynəlxalq yarışa və respublika çempionatına hazırlaşırlar. Ölkə birinciliyində yuxarı yerlər tutan idmançılar Azərbaycanı Avropa çempionatında təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə