"Neftçi" Kirill Petrovla bağlı açıqlama yayıb

"Neftçi" Kirill Petrovla bağlı açıqlama yayıb

"Neftçi" klubunun meneceri Eldəniz Yusifov Ukrayna mətbuatının Kirill Petrovun "Giresunspor"a keçəcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirib. O, Qol.az saytına açıqlamasında məlumatı təkzib edib: "Xəbəri mən də mətbuatdan oxudum. Amma belə bir şey yoxdur. Petrova təklif gəlsəydi, zəng vurub kluba məlumat verərdi. Bizə isə bu barədə heç nə deyilməyib".

Qeyd edək ki, Ukrayna mətbuatı 27 yaşlı müdafiəçinin "Giresunspor"la razılığa gəldiyini və komandanın Antalyada keçiriləcək təlim-məşq toplanşına qatılacağını yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə