Avropa çempionatında Azərbaycanı 45 idmançı təmsil edəcək

Avropa çempionatında Azərbaycanı 45 idmançı təmsil edəcək

Oktyabrın 20-23-də Heydər Əliyev adına Bakı İdman-Konsert Kompleksində Ümumdünya Kikboksinq Assosiasiyasının (WAKO) versiyası ilə növbəti Avropa çempionatı keçiriləcəkdir.

SİA-nın məlumatına görə, turnirə Avropanın 35 ölkəsindən 700-dən çox idmançının gələcəyi gözlənilir. Ev sahibi kimi Azərbaycandan 45 kikboksçu iştirak edəcəkdir.

WAKO prezidenti Enio Falsoni, habelə turnirdə iştirak edən ölkələrin federasiyalarının prezidentləri və vitse-prezidentləri Bakı çempionatının fəxri qonaqları olacaqlar.

Turnir çərçivəsində WAKO versiyası ilə dünya çempionu kəməri uğrunda iki peşəkar qarşılaşma keçiriləcəkdir. Azərbaycan kikboksçusu Pərviz Abdullayev (71 kq) çempion adı uğrunda rusiyalı rəqibi ilə görüşəcəkdir. Digər qarşılaşmada isə 78 kq çəki dərəcəsində Fransa və Yunanıstan idmançıları mübarizə aparacaqlar.

Federasiyanın məlumatına görə, qarşılaşmalar hər biri 2 dəqiqədən ibarət 5 raundda keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə