"Everton"un yeni baş məşqçisi müəyyənləşib. Klubun saytında yer alan xəbərə görə, Ronald Kumanın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Sem Ellardays təyin edilib. Onunla 2019-cu ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Everton"u müvəqqəti olaraq Devid Unsvort çalışdırırdı. Əlavə edək ki, "Everton" İngiltərə Premyer Liqasında hazırda 12 xalla 17-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB