“Mançester Siti” David Silva ilə yeni müqavilə bağlamağa hazırlaşır

“Mançester Siti” David Silva ilə yeni müqavilə bağlamağa hazırlaşır

“Mançester Siti” yarımmüdafiəçisi David Silva ilə yeni müqavilə bağlamağa hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, 31 yaşlı futbolçuya təklif ediləcək sözləşmə 2020-ci ilin yayınadək nəzərdə tutulub. İspaniyalı futbolçu da İngiltərə klubunda qalmağa razıdır.

Qeyd edək ki, 2010-cu ildən "Mançester Siti"də çıxış edən Silva 421 oyunda 69 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə