"Sent Etyen" Oskar Qarsiya ilə yolları ayırıb

"Sent Etyen" Oskar Qarsiya ilə yolları ayırıb

Fransanın "Sent Etyen" klubu baş məşqçisi Oskar Qarsiya ilə yolları ayırıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Komandanın Fransa Liqasının 12-ci turunda "Lion"a 0:5 hesablı məğlubiyyətindən sonra klub rəhbərliyi belə qərar verib. Oskar Qarsiyanın baş məşqçilik dönəmi cəmi 5 ay çəkib. Qeyd edək ki, "Sent Etyen" 12 turdan sonra 18 xalla 6-cı yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə