“Sumqayıt” “Keşlə”ni məğlub edib

“Sumqayıt” “Keşlə”ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində “Sumqayıt” klubu “Kapital Bank Arena”da “Keşlə” ilə qarşılaşıb. Baş hakim Əliyar Ağayevin idarə etdiyi matçda meydan sahiblərinin heyətində qolları 30-cu dəqiqə Denis Silva (öz qapısına), 52-ci dəqiqədə Amil Yunanov və 71-ci dəqiqədə Adrian Skarlatake (avtoqol) vurublar. “Keşlə”nin heyətində isə 44-cü dəqiqədə Nizami Hacıyev fərqlənib.

Beləliklə, görüş “Sumqayıt”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Sumqayıt” xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Keşlə” isə səkkiz xalla yeddincidir.

Bütün xəbərlər Facebook səhifəmizdə