“Malmö” çempion oldu

Futbol üzrə İsveç çempionatında çempion bəlli olub. SİA-nın məlumatına görə, 27-ci turda səfərdə “Norrçepinq”i 3:1 hesabı ilə məğlub edən “Malmö” çempionatın bitiminə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Belə ki, bu qələbəylə xallarının sayını 60-a çatdıran klub ən yaxın izləyicisi AİK-i 10 xal qabaqlayaraq, qızıl medallara sahib olub.

Qeyd edək ki, bu, “Malmö”nun sayca 20-ci çempionluğudur.

Bütün xəbərlər Facebook səhifəmizdə