Robben yığma karyerasını sonlandırıb

Hollandiya millisinin aparıcı üzvü Aryen Robben DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsveçə qarşı keçirilən matçdan sonra yığma karyerasını sonlandırdığını açıqlayıb. SİA-nın məlumatına görə, 33 yaşlı futbolçu bütün diqqətini “Bavariya” klubuna yönəltmək istədiyini deyib: “Mənim üçün özəl və çətin bir qarşılaşma idi. Həmçinin, bu, milli komandadakı son oyunum idi. Artıq bütün diqqətimi klubuma yönəltmək istəyirəm”.

Qeyd edək ki, Robben milli karyerasını 37 qol və 29 məhsuldar ötürmə ilə tamamlayıb.

Dünən İsveçi 2:0 hesabı ilə məğlub etmələrinə baxmayaraq, hollandlar mundiala vəsiqə qazana bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə