Oktyabrın 8-i və 12-də futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. "İnter" klubunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, paytaxt təmsilçisinin 7 futbolçusu milli komandalarına dəvət alıb. Berti Foqts Vladimir Levin, Aleksandr Çertaqanov və qapıçı Səlahət Ağayevi Azərbaycan milli komandasına çağırıb.
Xatırladaq ki, komandamızı Avstriyada yerli komanda ilə və doğma divarlar arasında Türkiyə ilə qarşılaşmalar gözləyir.
Robertas Poşkus isə Litva millisinə dəvət alıb. Qeyd edək ki, Litva yığması dünya və Avropa çempionu olan İspaniya komandasına qarşı oynayacaq. Dmitri Kruqlov da Serbiya və Sloveniya ilə oyunlarda Estoniya millisinə kömək etməyə çalışacaq. Latviya millisinə çağrılmış Girts Karlsonsu da Yunanıstan və Gürcüstana qarşı iki oyun gözləyir. "İnter"in yeni oyunçusu Filip Despotovskisə Makedoniya milli komandasının heyətində səfərdə Andorra və Rusiya ilə qarşılaşmalarda meydana çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB