"Araz" bu gün UEFA kubokunun əsas seçmə mərhələsində son oyununu keçirəcək

"Araz" bu gün UEFA kubokunun əsas seçmə mərhələsində son oyununu keçirəcək
Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində "Araz" bu gün son oyununu keçirəcək. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz Rumıniyanın "Tırqu Mureş" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Xatırladaq ki, "Araz" turnirdə keçirdiyi ilk oyunda İrlandiyanın ""Sportinq Finqal" klubunu 7:4, ikinci qarşılaşmada isə Latviyanın "Nikars" komandasını 7:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə