Azərbaycan təmsilçiləri usta cüdoçular arasında Avropa çempionatında iştirak edəcəklər
Usta cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, yarış oktyabrın 7-dən 10-dək Xorvatiyada baş tutacaq. Respublikamızı qitə birinciliyində ümumilikdə 9 cüdoçu – Zülfüqar Hüseynov, Müşviq Cəfərov (hər ikisi 66 kq), Rafiq Hüseynov, Mübariz Cəfərov, Seyfəl Əsgərov (hər üçü 81 kq), Fərhad Rəcəbli (90 kq), Azər Əsgərov (100 kq) və xanım cüdoçumuz Zülfiyyə Hüseynova (78 kq) təmsil edəcək.
Xatırladaq ki, ötən il keçirilən anoloji yarışda veteran cüdoçularımız - Fərhad Rəcəbli, Məhəmməd Müslümzadə və Zülfiyyə Hüseynova öz çəki dərəcələrində qızıl medalın sahibi olmuşdular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB