Millimiz Çexiya yığmasına məğlub oldu

Millimiz Çexiya yığmasına məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son ev oyununa çıxıb. SİA-nın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda komandamız Çexiya yığması ilə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. Qonaqların qollarını 35-ci dəqiqədə Yan Kopiç və 66-cı dəqiqədə Antonin Barak vurub. Millimizin heyətində isə Əfran İsmayılov fərqlənib. O, 55-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Xatırladaq ki, Robert Prosineçkinin rəhbərlik etdiyi komandamız səfərdə çexlərlə qolsuz bərabərliyə nail olmuşdu.

Bu məğlubiyyətdən sonra millimiz turnir cədvəlində 4-cü pilləyə düşüb.

Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 8-i səfərdə Almaniyaya qarşı keçirəcək.

DÇ-2018, seçmə mərhələ

IX tur

5 oktyabr
C qrupu

20:00. Azərbaycan - Çexiya - 1:2
Qollar:
Yan Kopiç, 35 (0:1), Əfran İsmayılov, 55-pen (1:1), Antonin Barak, 66 (1:2)
Baş hakim: Benoit Millot
Baş hakimin köməkçiləri: Julien Pacelli, Bertrand Jouannaud
Dördüncü hakim: Frank Schneider (Hakimlər Fransadandır)
Hakim-inspektor: Are Habicht (Estoniya)
Komissar: Romano Clavadetscher (İsveçrə)
Bakı Olimpiya Stadionu

N

Komanda

O

Q

H

M

T/F

X

1

Almaniya

8

8

0

0

35-2

24

2

Ş. İrlandiya

8

6

1

1

16-2

19

3

Çexiya

9

3

3

3

12-10

12

4

Azərbayan

9

3

1

5

9-14

10

5

Norveç

8

2

1

5

8-16

7

6

San Marino

8

0

0

8

2-38

0

Bütün xəbərlər Facebook səhifəmizdə