UEFA Rusiyanın “Spartak” klubuna qarşı intizam işi açıb. SİA-nın məlumatına görə, Moskva təmsilçisi Çempionlar Liqasının II turu çərçivəsində “Liverpul”la ev oyunu zamanı intizam reqlamentinin 3 bəndini pozmaqda ittiham olunur. Bununla bağlı UEFA İntizam Komitəsinin oktyabrın 19-da keçiriləcək iclasında qərar çıxarılacaq.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyunun ilk hissəsində “Spartak” azarkeşləri üzərində “UEFA - Mafiya” yazısı olan banner açmaqla bərabər, fişəng yandırıblar. Həmçinin UEFA Gənclər Liqasında bu kollektivlər arasında baş tutan görüşdə “Liverpul”un hücumçusu Bobbi Adekanye irqçi şüarlarla üzləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB