“Yuventus”un prezidenti saxtakarlıqda ittiham edilir

“Yuventus”un prezidenti saxtakarlıqda ittiham edilir

“Yuventus”un prezidenti Andrea Anyelli cəzalandırıla bilər. SİA-nın məlumatına görə, Anyeli bilet satışı ilə bağlı saxtakarlıqda ittiham edilir.

Bununla bağlı artıq şikayətçi tərəf məhkəməyə müraciət edib. Anyellinin günahı sübuta yetirilsə o, 2,5 illik futboldan uzaqlaşdırıla bilər.

Bundan başqa, “Yuventus”un prezidentinin 50, klubunun isə 300 min avro məbləğində cərimələnməsi tələb olunur. Eləcə də Turin klubu 2 ev oyununu azarkeşsiz keçirə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə