Klaudio Ranyeri: "Bir neçə futbolçudan imtina etdim" AÇIQLAMA

Klaudio Ranyeri: "Bir neçə futbolçudan imtina etdim" AÇIQLAMA

"Nant"ın baş məşqçisi Klaudio Ranyeri ötən yay klubun transfer bazarındakı fəaliyyətindən narazı qalıb. SİA-nın məlumatına görə, italiyan mütəxəsis bunları deyib: "Klub prezidenti mənim tələblərimi yerinə yetirmək üçün əlindən gələni etdi. Özümü pis hiss etdiyimi soruşsanız, "yox" deyərəm. Narazı olsam da, transfer bazarının çətinliklərini bilirəm. Çətin period oldu. Bir neçə futbolçudan imtina etdim. Amma indiyə qədər çox futbolçunun transferinə razılıq da vermişəm".

Qeyd edək ki, Fransa Liqasında geridə qalan 4 turdan sonra "Nant" turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə