Dembele: "Yeni komandamla titullar qazanmaq istəyirəm”

Dembele: "Yeni komandamla titullar qazanmaq istəyirəm”

“Barselona”nın yeni transferi Osman Dembele klubun saytına açıqlama verib. SİA-nın məlumatına görə, fransalı yarımmüdafiəçi Kataloniya klubunda oynamağın uşaqlıq arzusu odluğunu deyib: “Barselona”ya keçdiyimə görə çox şadam. Çünki bu, mənim uşaqlıq arzum idi. Mən ən yaxşı futbolçuların oynadığı, dünyanın ən möhtəşəm klubuna gəlmişəm. Burada əlimdən gələnin yaxşısını meydanda ortaya qoymaq və yeni komandamla titullar qazanmaq istəyirəm”.

Xatırladaq ki, Dembele “Borussiya”dan (Dortmund) 105 milyon avro qarşılığında transfer edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə