Marko Borriello İtaliya çempionatının rekordunu təzələyib

Marko Borriello İtaliya çempionatının rekordunu təzələyib

İtaliya A Seriyasının 2-ci turunda "Udineze" ilə qarşılaşan SPAL 3:2 hesablı qələbə qazanıb. Debütantın heyətində ilk qolu Marko Borriello vurub. SİA-nın məlumatına görə, 35 yaşlı hücumçu İtaliya çempionatının rekordunu təzələyib. O, 12 fərqli komandanın heyətində fərqlənməklə buna nail olub.

Daha öncə analoji rekordu Nikola Amoruzo müəyyənləşdirmişdi.

Borriello "Milan"ın yetirməsidir. O, karyerası ərzində "Roma", "Yuventus" və "Cenua" kimi klubların da şərəfini qoruyub.

Qeyd edək ki, SPAL A Seriyasında son qolunu 1968-ci ildə "Atalanta"nın qapısından keçirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə