“Jurnalistlər Sülh Uğurunda” İctimai Birliyi medianın futbolun kütləviliyinə dəstəyini artırmaq üçün bir sıra tədbirlər keçirməyi planlaşdırır

“Jurnalistlər Sülh Uğurunda” İctimai Birliyi medianın futbolun kütləviliyinə dəstəyini artırmaq üçün bir sıra tədbirlər keçirməyi planlaşdırır
"Jurnalistlər Sülh Uğurunda" İctimai Birliyi futbolun geniş şəkildə təbliğ olunması, habelə medianın futbolun kütləviliyinə dəstəyini artırmaq üçün bir sıra tədbirlər keçirməyi planlaşdırır. Qurumun rəhbəri Mətləb Salahov SİA-ya verdiyi açıqlamada keçiriləcək tədbirlər barədə məlumat verib. Onun bildirdiyinə görə yeni yaranmasına baxmayaraq "Jurnalistlər Sülh Ugrunda" İctimai Birliyi bir sıra sahələrdə olduğu kimi futbolun geniş cəmiyyət çapında sevilməsi və dəstəklənməsi üçün ardıcıl tədbirlər reallaşdıracaq. Qurum AFFA başda olmaqla futbol klubları və ölkə KİV-ləri ilə sıx əməkdaşlıq həyata kecirməyi planlaşdırır: "Mətbuatın futbola informasiya dəstəyini artırmaq, futbola geniş cəmiyyət çapında maraqı və diqqəti çoxaltmaq indi çox vacibdir. Bu işdə medianın üzərinə də böyük iş düşür. Biz bu məqsədlə ardəcəl tədbirlər keçirəcəyik və çalışacaqıq ki, bu işdə media ilə futbol qurumları arasında möhkəm əməkdaşlıq yaransın. Futbolumuzu Avropa səviyyəsinə çıxartmaq üçün əvvəlcə onu öz insanlarımıza sevdirməliyik ki, stadionlarımızda futbola baxmağa iki cüt-bir tək adam gəlməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə