Avqustun 18-20-də Bakı Su İdmanı Sarayında keçiriləcək çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının oyun cədvəli müəyyənləşib.
SİA-nın məlumatına görə, çempionatın açılış oyunu saat 09:30-da qadın komandalar arasında təşkil ediləcək. “İdman Akademiyası” komandası “Azəryol-2” klubu ilə qarşılaşacaq.
Qadınlar arasında matçlar bitdikdən sonra saat 17:45-də yarışın açılış mərasimi keçiriləcək. Daha sonra kişi həndbolçular arasında oyunlara start veriləcək. Kişilər arasında turun ilk qarşılaşması “Məhsul” komandası ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri arasında oynanılacaq.
Yarışın ilk iki günü qadın həndbolçulardan ibarət hər klub meydana iki, kişi komandalar isə bir dəfə çixacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB