Çingiz Hüseynzadə: "The Guardian" illərdir Azərbaycana ləkə yaxmağa çalışır”
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasnın prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında atlet Layeş Abdullayevanın pulunun mənimsənilməsini iddia etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
SİA-nın xəbərinə görə, o, "The Guardian" jurnalının son 4 ildə Azərbaycanla bağlı 417 qərəzli məqalə yazdığını bildirib: “Bu jurnal illərdir Azərbaycana ləkə yaxmağa çalışır. Ölkəmizə qarşı qərəzə görə onlar Avropa Oyunlarına akkreditasiya ala bilməmişdilər. Britaniya səfirliyi ilə danışmışdıq ki, təkzib yazsınlar. Onlar iddia edirlər ki, guya atlet Layeş Abdullayevanın pulu mənimsənilib. Bu jurnalın yazdıqlarını media da araşdırmalıdır və onlara müraciət etməlidir. Layeşin Azərbaycan Atletika Federasiyası ilə müqaviləsi yox idi. Ona verilən pul nazirlik tərəfindən mükafat idi. Onu da ya özü, ya da nümayəndəsi alıb. Ola bilər ki, Bakıda kiminsə ona borcu var, amma bunun federasiyaya dəxli yoxdur. O, Bakıda kifayət qədər pul qazanıb. Araşdırmalara görə, Layeşin kifayət qədər pulu var və vətəni Efiopiyada biznes qurub. Onun evi, xidmət göstərən taksiləri var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB