"Premyer Liqa futbolçularının əksəriyyəti simulyasiyanı sənətə çeviriblər" AÇIQLAMA

"Premyer Liqa futbolçularının əksəriyyəti simulyasiyanı sənətə çeviriblər" AÇIQLAMA

İngiltərənin sabiq FİFA referisi Mark Klattenburq Premyer Liqada simulyasiya etməyə görə cəzalandırılma barədə fikrini bildirib. SİA-nın məlumatına görə, hazırda Səudiyyə Ərəbistanında çalışan mütəxəsis bunları deyib: "Simulyasiya epizodları hakim üçün ən çətin hesab olunur. Xüsusilə cərimə meydançası xətti yaxınlığında. Belə vəziyyətdə 3 nüans var: a) təmas var b) təmas yoxdursa, simulyasiya var c) penalti varmı?

Premyer Liqa futbolçularının əksəriyyəti simulyasiyanı sənətə çeviriblər deyə bəzən düzgün qərar vermək çətin olur. Keçmişdə əl və bədən hərəkətlərinə görə bunu müəyyənləşdirmək asan idi. İndisə simulyasiyanın peşəkarları artıb".

Bütün xəbərlər Facebook səhifəmizdə