"Mançester Siti" 20 yaşlı futbolçu ilə yollarını ayırıb

"Mançester Siti" 20 yaşlı futbolçu ilə yollarını ayırıb

"Mançester Siti" hücumçusu Keleçi İheanaço ilə yolları ayırıb. Qol.az-ın məlumatına görə, 20 yaşlı futbolçu karyerasını “Lester”də davam etdirəcək. Bunu Britaniya mətbuatına açıqlamasında “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola deyib. Qeyd edək ki, Nigeriya millisinin üzvü 2014-cü ildən "Mançester Siti"də çıxış edirdi. O, keçirdiyi 46 oyunda 12 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə