ATV-nin redaktoru: “Cənab Prezidentimiz 255 jurnalist ailəsinə böyük sevinc bəxş etdi" AÇIQLAMA
“Milli Mətbuat günü ərəfəsində mənzillə təmin olunan media nümayəndələri sırasında mənim də adım var. Sevincimin həddi-hüdudu yoxdur. Bu, həyatımda ən əlamətdar hadisələrdən biridir”. Bunu SİA-ya açıqlamasında Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin idman xəbərlərinin redaktoru İlkin Xəlilov deyib.
O, ölkəmizdə dövlət tərəfindən mətbuatın inkişafı üçün böyük işlərin aparıldığını diqqətə çatdırıb: “Cənab Prezidentimiz medianın inkişafına xüsusi diqqət göstərir. Dövlət başçımız jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm addımlar atır. Dünyanın heç bir ölkəsində jurnalistlərə dövlət tərəfindən evlər verilmir. Azərbaycanda belə bir təcrübənin olması çox sevindiricidir. Cənab Prezidentimiz ötən dəfə 156, bu dəfə 255 jurnalist ailəsinə böyük sevinc bəxş etdi. Ev bir ailə başçısı üçün ən ümdə məsələlərdən biridir. Evin olmağı böyük ölçüdə bir çox məişət problemlərinin həll olunması deməkdir. İyirmi ilə yaxındır ki, jurnalistikada çalışıram. Bu müddətdə ev almaq mən və bir çox həmkarlarım üçün əlçatmaz arzu olub. Dövlətimiz tərəfindən jurnalistlərin evlə təmin olunması bizim üçün çox böyük hədiyyədir. Dövlət başçımıza minnətdarlığımızı bildiririk. Evlə təmin olunan bütün həmkarlarımı təbrik edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB