Azərbaycanlı futbolçu Röyal Nəcəfov karyerasını Türkiyədə davam etdirəcək. SİA-nın məlumatına görə, 27 yaşlı forvard qardaş ölkənin BAL liqasında mübarizə aparan "Malatya Yeşilyurtspor" klubu ilə anlaşıb. Təcrübəli hücumçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2015/2016-cı il mövsümündə MOİK-in heyətində Azərbaycan I Divizionunun bombardiri olan Röyal Nəcəfov sön mövsümü AZAL-da keçirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB