Dimitri Nazarovun zədəsi ciddi deyil

Dimitri Nazarovun zədəsi ciddi deyil

Almaniyanın "Aue" klubunun Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnən millimizin üzvü Dimitri Nazarovun durumuna aydınıq gəlib. SİA-nın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bunu yerli mətbuata açıqlamasında "Aue"nin köməkçi məşqçisi Robin Link verib. O, Nazarovun tezliklə yaşıl meydanlara qayıdacağını bildirib: "Nazarov tibbi müayinədən keçdi. Biz onun zədəsinin ciddi olduğunu düşünürdük, amma belə olmaması yaxşı oldu. Dimitrinin əməliyyata da ehtiyacı yoxdur. O, yaxın vaxtlarda yaşıl meydanlara qayıdacaq".

Qeyd edək ki, D.Nazarov "Aue"nin aparıcı üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə