İyunun 23-də saat 13:00-da Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb. SİA-nın məlumatına görə, yürüşə 10 komanda qatılıb.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Lans Stroll yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo, Maks Ferstappen, “Force İndia”da Eseteban Okon və Serxio Peres, “Renualt”da isə Niko Hulkenberq ilə Colion Palmer mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Daniil Kvayt və Karlos Sainz, “Sauber”də Markus Erikson, Antonio Giovinnazzi, Paskal Verleyn, “McLaren”də Fernando Alonso və Stoffel Vandoorne yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.
Pilotlar öz bolidləri ilə 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. İkinci sərbəst yürüşə saat 17:00-da start veriləcək.
İyunun 24-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. İyunun 25-da isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə