“Red Bull”un pilotları: “Bakı treki mövsümün ən sürətli trasıdır” FOTOLAR
Formula 1 üzrə Azərbaycan Qran-Prisində mübarizə aparacaq “Red Bull” komandası mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda “Red Bull”un pilotları Daniel Rikkardo və Maks Ferstappen iştirak ediblər.
Pilotlar Bakıda keçiriləcək yarışın maraqlı olacağını vurğulayıblar: “Bakı Şəhər Halqasının sürət rekordunu yeniləmək bu il çətin olacaq, amma biz bunu etməyə çalışcacağıq. Bakı treki mövsümün ən sürətli trasıdır. Bu il bolidlər geniş döngələrdə daha sürətli, düz xətli hərəkətlərdə isə daha ləng olublar. Bakıda dar döngələr var, ona görə də sürəti artırmaq olmur”.
Onlar Azərbaycan Qran-Prisində yüksək nəticələr əldə etməyə çalışacaqlarını bildiriblər: “Məqsədimiz fəxri kürsüdə qərarlaşmaq uğrunda mübarizə aparmaqdır”.
Xatırladaq ki, ötən il Bakı Şəhər Halqasındə ən yüksək sürətə finlandiyalı pilot Valtteri Bottas imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB