"Bakı-2017": Mahir Əmiraslanov finala vəsiqə qazandı

"Bakı-2017": Mahir Əmiraslanov finala vəsiqə qazandı

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçimiz Mahir Əmiraslanov (57 kq) finala vəsiqə qazanıb. SİA-nın məlumatına görə, idmançımız finala gedən yolda türkiyəli Uzun Nəbini mübarizədən kənarlaşdırıb - 15:2.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə